...

Neftçalada kişi arvadını və qızını ov tüfəngi ilə vurub

Hadisə Materials 11 İyul 2011 12:58 (UTC +04:00)
Neftçala rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisə yerindən müvafiq sənədləri olmayan 1 ədəd nömrəsi silinmiş ov tüfəngi götürülüb.
Neftçalada kişi arvadını və qızını ov tüfəngi ilə vurub

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Neftçalada kişi arvadını və qızını ov tüfəngi ilə vurub.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, iyulun 9-da Neftçala rayonunun Bankə qəsəbə sakini Davud Fərzəliyev evində ehtiyatsızlıqdan ov tüfəngindən atəş açaraq arvadı Züleyxaya və qızı Kəmaləyə xəsarət yetirib.
Züleyxa və Kəmalə xəstəxanaya yerləşdiriliblər.

Neftçala rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisə yerindən müvafiq sənədləri olmayan 1 ədəd nömrəsi silinmiş ov tüfəngi götürülüb.

Xəbər lenti

Xəbər lenti