...

Bakıda qəssabın ölümü ilə bağlı prokurorluq rəsmi məlumat yayıb

Hadisə Materials 22 İyul 2011 16:04 (UTC +04:00)
Trend-in Baş Prokurorluğun internet saytına istinadən verdiyi məlumata görə, iyulun 16-da Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, "D " yaşayış sahəsi, 21 saylı evin qarşısındakı ət mağazasında qəssab işləyən Alıyev Amin Zakir oğlunun meyiti aşkar edilib.
Bakıda qəssabın ölümü ilə bağlı prokurorluq rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda qəssabın ölümü ilə bağlı prokurorluq rəsmi məlumat yayıb.

Bakı şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, iyulun 16-da Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, "D " yaşayış sahəsi, 21 saylı evin qarşısındakı ət mağazasında qəssab işləyən Alıyev Amin Zakir oğlunun meyiti aşkar edilib.

Suraxanı Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, məhkəmə tibb ekspertinin iştirakı ilə aparılmış müayinə zamanı meyitin baş nahiyəsində çapıcı alətlərlə yetirilən xəsarətlər aşkar edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilən istintaq hərəkətləri, intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində ağır cinayəti törətmiş 1989-cu il təvəllüdlü Tovuz rayonun Düz Qırıqlı kəndində anadan olmuş, Qobu qəsəbəsindəki "Qızıl Qaya" daş karxanasında mövsümi fəhlə işləyən Məmmədov Tural Ədalət oğlunun olduğu müəyyən edilib və o, iyulun 21-də şübhəli şəxs qismində tutulub.

İlkin dindirmə zamanı Məmmədov törətdiyi cinayət əməlini etiraf edərək Alıyev Amin Zakir oğlunu tamah məqsədilə qəsdən öldürdüyünü bildirib.

Onun üzərinə baxış keçirilərkən cinayəti törədən zaman əynində olmuş paltarlar, mobil telefon, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər əşyalar götürülərərək maddi sübut kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti