Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Fövqəladə Hallar Nazirliyi dünən gecə Qobu qəsəbəsində iki uşağın ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
Trend-in şənbə günü FHN-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, Abşeron rayonu, Qobu qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları və əşyaları yanıb.
Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın saat 23:09-da söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladları - 2000-ci il təvəllüdlü Sultanov Əhməd Vasif oğlu və 2002-ci il təvəllüdlü Sultanov Rüfət Vasif oğlunun cəsədləri aşkarlanıb.
Qeyd olunan şəxslərin cəsədləri yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.