...

Hindistanda körpünün uçması nəticəsində 30-dan çox adam həlak olub

Hadisə Materials 23 Oktyabr 2011 10:34 (UTC +04:00)
Hindistanda körpünün uçması nəticəsində 30-dan çox adam həlak olub
Hindistanda körpünün uçması nəticəsində 30-dan çox adam həlak olub

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Hindistanın şərqində insanlar mitinq keçirən zaman üzərində durduqları körpü həddən artıq yüklənməyə tap gətirməyib və uçub. Nəticədə 31 nəfər həlak olub, 100-dən çox şəxs yaralanıb. Trend-in məlumatına görə, bu barədə NDTV telekanalı məlumat yayıb.

Kütləvin informasiya vasitələrinin (KİV) məlumatına görə, faciəvi hadisə şənbə günü Hindistanın Qərbi Benqaliya ştatının dağlıq Darcilinq əyalətindəki Bicanbari şəhərində baş verib. İnsanlar burada yerli siyasi partiyalardan birinin liderinin çıxışını dinləmək, eyni zamanda mədəniyyət tədbirinə tamaşa etmək üçün toplaşmışdılar. Bu barədə RİA Novosti xəbər verir.

Telekanal, həmçinin onu da xəbər verib ki, hadisə zamanı yaralananların çoxunun vəziyyti ağır olduğuna görə, həlak olanların sayı arta bilər.

Xəbər lenti

Xəbər lenti