...

Azərbaycan FHN-in xilasediciləri indiyədək Vanda dağıntılar altından 10 nəfəri sağ, 52 nəfərin meyitini çıxarıblar

Hadisə Materials 27 Oktyabr 2011 19:55 (UTC +04:00)
Azərbaycan FHN-in xilasediciləri indiyə qədər Van vilayətində apardıqları axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 52 nəfərin meyitini, 10 nəfəri isə sağ çıxarıblar.
Azərbaycan FHN-in xilasediciləri indiyədək Vanda dağıntılar altından 10 nəfəri sağ, 52 nəfərin meyitini çıxarıblar

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri indiyə qədər Van vilayətində apardıqları axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 52 nəfərin meyitini, 10 nəfəri isə sağ çıxarıblar.

Trend-in cümə axşamı FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan xilasediciləri tərəfindən zəlzələ bölgəsində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha 8 cəsəd tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Oktyabrın 23-də Bakı vaxtı ilə saat 15:41-də episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində də hiss edilib.

Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycan Respublikası Naxçıvan MR-in Sədərək, Şərur, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində 3.5-3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.

Xəbər lenti

Xəbər lenti