Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Binəqədidə mənzildə yanğın olub, bir ailənin üzvləri xəsarət alıb.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən bazar ertəsi yaydığı məlumata görə, Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Əlixan Orucova məxsus evdə yanğın olub.
Nəticədə evin yanar konstruksiyaları yanıb, orada kirayədə yaşayanlar Beyləqan rayon sakinləri Məhəmməd Fərəcov, arvadı Gülbahar, azyaşlı oğlanları Sənan və Kənan yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.