...

Bakıda oğlan sevdiyi qızı və özünü odlu silahla vurub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 2 Dekabr 2011 16:29 (UTC +04:00)
Bakıda oğlan sevdiyi qızı və özünü odlu silahla vurub.
Bakıda oğlan sevdiyi qızı və özünü odlu silahla vurub (ƏLAVƏ OLUNUB)

Nizami rayon prokurorluğunun məlumatı əlavə olunub (ilk xəbər saat 15:49-da yayılıb)

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda oğlan sevdiyi qızı və özünü odlu silahla vurub.

Bakının Nizami rayon prokurorluğundan cümə günü Trend-ə verilən məlumata görə, saat 15:00 radələrində 238 saylı məktəbin arxasında Ramin Əsgərov odlu silahla əvvəlcə sevdiyi qızı - Aytən Şahbazovanı, sonra isə özünü vurub.

Məlumata görə, Şahbazova hadisə yerində keçinib, Əsgərov isə yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırmaya başlanılıb.

3 saylı şəhər Klinik Xəstəxanasından Trend-ə bildirilib ki, Əsgərov həmin xəstəxanaya yerləşdirilib, hazırda əməliyyatdadır.

Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti ağırdır.

Nizami rayon prokurorluğundan Trend-ə bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) və qanunsuz olaraq odlu silah saxlama, daşıma (228.1-ci) maddələri ilə cinayət işi başlanıb.

Məlumata görə, Əsgərov Şahbazovaya aşiq olsa da, qız onun sevgisini qəbul etməyib. Hadisə də bu səbəbdən baş verib.

Xəbər lenti

Xəbər lenti