Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı əlavə olunub (ilk xəbər 10:03-də yayılıb).
Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Ağdam rayonunun Quzanlı kəndində ağır yol qəzası olub.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Borsunlu-Hindarx yolunun 82-ci km-də 1988-ci il təvəllüdlü Bərdə rayon sakini Yusifov Vaqif Emin oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı, 10-VD-027 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Ağdam rayon sakini Hüseynov Anar Xasay oğlunun idarə etdiyi "VAZ-2107" markalı, 90-EN-618 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü və sərnişini, 1983-cü il təvəllüdlü Ağdam rayon sakini Ağayev Xankişi Hümbət oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.