...

Fransada yaşayan türklər kütləvi etiraz aksiyaları keçirirlər

Hadisə Materials 22 Dekabr 2011 12:53 (UTC +04:00)
Fransada yaşayan türklər bu gün səhər saat 06:00-dan ölkə Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə cəza haqqında qanun layihəsinin qəbul edilməsinə qarşı kütləvi etiraz aksiyaları keçirirlər.
Fransada yaşayan türklər kütləvi etiraz aksiyaları keçirirlər

Azərbaycan, Bakı, 22 dekabr / Trend, müxbir A.Tağıyeva/

Fransada yaşayan türklər bu gün səhər saat 06:00-dan ölkə Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə cəza haqqında qanun layihəsinin qəbul edilməsinə qarşı kütləvi etiraz aksiyaları keçirirlər. Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı xəbər verir.

Etiraz aksiyalarında iştirak etmək üçün Fransanın bütün şəhərlərindən türklər Parisə gəlir.

Fransa Senatının qondarma "erməni soyqırımı"nı inkar edən hər kəsə bir il azadlıqdan məhrumetmə və ya 45 min avro məbləğində cərimə tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinə baxmaq niyyəti Türkiyənin özündə də ciddi etirazlara yol açıb.

Belə ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü bəyan edib ki, əgər adıçəkilən qanun layihəsi qəbul edilərsə, Ankara Fransaya qarşı sanksiyalar hazırlayacaq.

Bir müddət əvvəl Ərdoğan bəyan etmişdi ki, Türkiyə-Fransa münasibətləri üçüncü tərəfin tələblərindən asılı olmamalıdır və əgər Fransa Senatı qanun layihəsini təsdiqləyərsə, Türkiyə bütün diplomatik vasitələrlə buna cavab verəcək.

Senat cümə axşamı qondarma "erməni soyqırımı"nın inkarına görə cəza haqqında qanun layihəsini müzakirəyə çıxarmaq niyyətindədir.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi altında bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırımı" tanıyıblar.

Xəbər lenti

Xəbər lenti