...

Bakıda arvadını qətlə yetirən kişi həbs olunub

Hadisə Materials 30 Dekabr 2011 12:31 (UTC +04:00)
Bakıda arvadını qətlə yetirən şəxs həbs olunub.
Bakıda arvadını qətlə yetirən kişi həbs olunub

Azərbaycan, Bakı, 30 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Bakıda arvadını qətlə yetirən şəxs həbs olunub.

Bakı şəhər Baş Polis İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, dekabrın 26-da Əli Əliyev küçəsi, 67 saylı binanın qarşısında 44 yaşlı Zəkiyyə Qarayeva əri Hümbət Hümbətov tərəfindən çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Hümbət Hümbətov tutulub.

Hümbətovun həkim olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti