Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir A.Tağıyeva/
Çərşənbə axşamı səhər İran sərhədçiləri İran-Türkiyə sərhədini qanunsuz şəkildə keçməyə cəhd edən iki Türkiyə vətəndaşını yaralayıblar. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verib.
Türkiyə vətəndaşı Mustafa Özkaplan və Murad Özkaplan sərhəddən maye yanacaq keçirməyə cəhd göstəriblər.
Yaralılardan birinin vəziyyəti son dərəcə ağırdır.