...

Bakıda neft borusunda qəza olub

Hadisə Materials 12 Yanvar 2012 12:55 (UTC +04:00)
Bakıda neft borusunda qəza olub.
Bakıda neft borusunda qəza olub

Azərbaycan, Bakı, 12 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Bakıda neft borusunda qəza olub.

Trend-in cümə axşamı Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda mədən ərazisində neftyığma məntəqəsinə keçən diametri 200 mm olan neft boru kəmərinin deşilməsi nəticəsində xam neft 50 kv.m sahəyə dağılıb.
Yanğın hadisəsi olmayıb.

Qəza neft şirkətinin işçiləri tərəfindən aradan qaldırılıb, ətrafa dağılmış neftin üstü torpaqla örtülüb.

Qəzanın nəticələri aradan qaldırılana qədər yanğısöndürənlər hadisə yerində növbə çəkiblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti