Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda traktor piyadanı vurub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, yanvarın 30-da Sabunçu rayonu ərazisində yolların qardan təmizlənməsinə cəlb edilmiş traktor piyada Arif Əliyevi vurub.
Piyada aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.