...

Kürdəmirdə Türkiyə vətəndaşının idarə etdiyi yük maşını minik avtomobili ilə toqquşub, ölənlər var

Hadisə Materials 30 Mart 2012 13:24 (UTC +04:00)
Kürdəmirdə Türkiyə vətəndaşının idarə etdiyi yük maşını minik avtomobili ilə toqquşub.
Kürdəmirdə Türkiyə vətəndaşının idarə etdiyi yük maşını minik avtomobili ilə toqquşub, ölənlər var

Azərbaycan, Bakı, 30 mart / Trend müxbir K.Zərbalıyeva/

Kürdəmirdə Türkiyə vətəndaşının idarə etdiyi yük maşını minik avtomobili ilə toqquşub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 29-da saat 00:45 radələrində Kürdəmir rayonu ərazisində Şirvan şəhər sakini İbad Zeynalovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla, Türkiyə vətəndaşı Yusif Şahinin idarə etdiyi "DAF" markalı yük maşını toqquşub.

Nəticədə Zeynalov və sərnişinlərindən Püstə İsmayılova, Rəhilə Xəlilova hadisə yerində ölüb, xəsarət almış digər sərnişinləri Vəsilə Zeynalova və Tahir İsmayılov isə xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti