...

Sumqayıtın Etilen Polietilen zavodunda partlayış baş verib

Hadisə Materials 9 Aprel 2012 10:16 (UTC +04:00)
Sumqayıtda avtomobil partlayıb.
Sumqayıtın Etilen Polietilen zavodunda partlayış baş verib

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Mehdiyev/

Sumqayıtda avtomobil partlayıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində Etilen Polietilen zavodunun E-12 şöbəsinin propilen qaz anbarına qaz dolduran zaman vətəndaşa məxsus həcmi 20 kub olan "KAMAZ" markalı yük avtomobilində ani partlayış baş verib.

Nəticədə avtomobilin çəni dağılıb, yaxınlıqda dayanmış digər "KAMAZ" markalı qaz daşıyan avtomobillin ventili zədələnib və ətrafa qaz sızması baş verib. Yanğın hadisəsi və dağıntı olmayıb.

Qəza vəziyyəti aradan qaldırılana qədər yanğın avtomobilləri yanğın-təhlükəsizlik tədbirləri məqsədi ilə hadisə yerində növbə çəkiblər. Partlayışın baş vermə səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

Xəbər lenti

Xəbər lenti