...

Azərbaycan Müdafiə Nazirliyi hərbi hissədə baş verən silahli insidentlə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 17 Aprel 2012 17:58 (UTC +04:00)
Aprelin 17-də Müdafiə Nazirliyi Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.
Azərbaycan Müdafiə Nazirliyi hərbi hissədə baş verən silahli insidentlə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir E.Medhiyev/

Aprelin 17-də Müdafiə Nazirliyi Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əsgər Məmmədov Vüqar İntiqam oğlunun tabeliyində olan avtomat silahından açılan atəş nəticəsində əsgərlər Nağızadə Pünhan Kamran oğlu və Hüseynov Müseyib Azad oğlu dünyasını dəyişib, digər ikisi isə yaralanıb.

Əsgər Məmmədov həbs edilərək fakt üzrə cinayət işi başlanılıb. Hazırda Müdafiə Nazirliyinin yüksək zabit heyətindən ibarət komissiyası Hərbi Prokurorluqla birlikdə hadisənin səbəblərini araşdırır.

Xəbər lenti

Xəbər lenti