Azərbaycan, Bakı, 25 aprel /Trend/
Qəbələ rayonunda çaylar daşıb, bəzi ərazilər su ilə dolub.
Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, yağan yağışlarla əlaqədar Dəstəmaz və Qaraçay çaylarının Qəbələ rayonu, Vəndam qəsəbəsindən keçən hissələrində daşma müşahidə olunub, bəzi ərazilər su ilə dolub.
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin qüvvə və texnikası hadisə rayonuna cəlb olunub. Yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.