...

Bakı şəhər sakinindən saxta əskinazlar aşkarlanıb

Hadisə Materials 10 May 2012 12:00 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 9-da Salyan şəhəri ərazisində, şəhər sakini Namiq Tağıyevə məxsus mağazaya gəlmiş naməlum şəxs saxta 10 manatlıq əskinaz verərək danışıq kartı alıb.
Bakı şəhər sakinindən saxta əskinazlar aşkarlanıb

Azərbaycan, Bakı, 10 may / Trend müxbir K.Zərbalıyeva/

Bakı şəhər sakinindən saxta əskinazlar aşkarlanıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 9-da Salyan şəhəri ərazisində, şəhər sakini Namiq Tağıyevə məxsus mağazaya gəlmiş naməlum şəxs saxta 10 manatlıq əskinaz verərək danışıq kartı alıb.

Salyan rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb və onun Bakı şəhər sakini Nəcməddin Mehdiyev olması müəyyən edilib.

Mehdiyevin üzərinə baxış zamanı 1 ədəd 100 manatlıq və 6 ədəd 10 manatlıq saxta əskinazlar, habelə təxminən 1 qram heroin aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti