...

İranda zəlzələ baş verib

Hadisə Materials 14 May 2012 16:39 (UTC +04:00)
İranın Kirman əyalətinin Kohnuc və Kirman şəhərlərində Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib.
İranda zəlzələ baş verib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir T.Cəfərov/

İranın Kirman əyalətinin Kohnuc və Kirman şəhərlərində Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend bazar ertəsi IRNA agentliyinə istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla saat 14:42-də baş verdiyini bildirib.

Zəlzələlər nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti