Azərbaycan, Bakı, 27 may /Trend/
Sumqayıt şəhəri, Səthi Aktiv Maddələr zavodunun ərazisində söküntü işləri aparan KATO-1023 markalı sepli divar dağıdan ekskvatorun yanar hissələri və ətrafa dağılmış yanacaq 100 kv.m sahədə yanıb.
Trend-in bazar günü FHN-nin rəsmi saytına istinadən verditi məlumata görə, yanğın zamanı sürücü əllərindən yüngül yanıq xəsarətləri alıb, yerində ona yanğınsöndürənlər tərəfindən ilkin yardım göstərilib.
Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Sumqayıtda zavodda yanğın olub
Sumqayıt şəhəri, Səthi Aktiv Maddələr zavodunun ərazisində söküntü işləri aparan KATO-1023 markalı sepli divar dağıdan ekskvatorun yanar hissələri və ətrafa dağılmış yanacaq 100 kv.m sahədə yanıb
