...

Azərbaycanın bəzi çaylarında daşqınlar olub

Hadisə Materials 29 İyun 2012 12:30 (UTC +04:00)
İyunun ayının 28-də günün II yarısından başlayaraq, ölkə ərazisində hava şəraitinin dəyişməsi, bəzi yerlərdə leysan xarakterli yağış yağması nəticəsində bəzi çaylarda daşqınlar baş verib.
Azərbaycanın bəzi çaylarında daşqınlar olub

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsabalayeva/

İyunun ayının 28-də günün II yarısından başlayaraq, ölkə ərazisində hava şəraitinin dəyişməsi, bəzi yerlərdə leysan xarakterli yağış yağması nəticəsində bəzi çaylarda daşqınlar baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev cümə günü Trend-ə bildirib ki, intensiv yağışların daha çox yağdığı Naftalan, Daşkəsən, Goranboy, Göygöl, Qax rayonunun İlisu ərazisinə düşən yağıntıların miqdarı çox olub. Bu leysan yağışlar nəticəsində Qax rayonu ərazisində Ağçay, Hamamçay, Kürmük çayından qısa müddətli daşqınlar keçib. Eyni zamanda, Goranboy rayonu ərazisində axan Goran çayında, Daşkəsən rayonu ərazisində axan Dəstəful çayında sel olub. Goran çayında suyun səviyyəsi 48 sm, Dəstəfur çayında isə 1 metr 50 sm artıb.

Verdiyev deyib ki, artıq çaylarda suyun səviyyəsində azalma müşahidə olunur.

Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti iyulun 5-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti