...

Türkiyədə avtobus aşıb, ölənlər var

Hadisə Materials 24 İyul 2012 17:03 (UTC +04:00)
Türkiyənin Batman şəhərində fəhlələri daşıyan avtobus aşıb.
Türkiyədə avtobus aşıb, ölənlər var

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Batman şəhərində fəhlələri daşıyan avtobus aşıb. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.

İlkin məlumata görə, hadisə nəticəsində avtobusun dörd sərnişini həlak olub, daha on nəfər isə yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti