...

Daha 825 suriyalı Türkiyə ərazisinə keçib

Hadisə Materials 3 Avqust 2012 12:03 (UTC +04:00)
Bu gün Suriyadakı toqquşmalardan xilas olmağa çalışan 825 nəfər Türkiyə ərazisinə keçib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Daha 825 suriyalı Türkiyə ərazisinə keçib

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir A.Tağıyeva/

Bu gün Suriyadakı toqquşmalardan xilas olmağa çalışan 825 nəfər Türkiyə ərazisinə keçib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Agentliyin məlumatına görə, qaçqınlar arasında Suriya ordusunun üç polkovniki, iki baş leytenantı və 25 əsgəri var.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfəri keçib. 230 minə yaxın insan qaçqına çevrilib, üç milyondan çox insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti isə bəyan edir ki, hakimiyyətə qarşı yaxşı silahlanmış yaraqlılar mübarizə aparır.

Türkiyədəki 75 min suriyalı qaçqın Reyhanlı əyalətindəki çadır şəhərciklərində yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti