...

Gürcüstanda girovların azad edilməsi üzrə əməliyyat başa çatdı

Hadisə Materials 29 Avqust 2012 18:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 avqust /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Dağıstan sahəsi ərazisində girovların azad edilməsi üzrə əməliyyat başa çatıb, girovların hamısı azad edilib. Bu barədə Trend çərşənbə günü Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

Lopota dərəsində aparılan əməliyyat zamanı təxribatçılarla döyüşdə Gürcüstan DİN-in xüsusi təyinatlarının üç əməkdaşı ölüb, beşi isə yaralanıb.

Bəyanatda qeyd edilir ki, əməliyyat zamanı hərbi qruplaşmanın 11 üzvü məhv edilib, hazırda qalan 6 silahlının saxlanılması üzrə əməliyyat aparılır.

Silahlılara təslim olmaq təklif edilib, lakin onlar imtina ediblər. Nəticədə girovların azad edilməsi məqsədilə əməliyyat başlanıb.

Gürcüstan DİN çərşənbə günü gecə saatlarından girovların azad edilməsi və bir gün əvvəl Dağıstan ilə sərhəddə aşkar edilən təxribatçı silahlı qruplaşmanın saxlanılması üzrə Lopota dərəsində əməliyyat aparır.

Güc strukturlarının məlumatına görə, Rusiyadan Gürcüstana dinc sakinlər arasından hər biri 2-3 nəfər olmaqla üç qrup girov ələ keçirən təxribatçı qrup daxil olub.

Xəbər lenti

Xəbər lenti