...

Azərbaycanda evlərdən oğurluq etmiş şəxslər tutulublar

Hadisə Materials 8 Sentyabr 2012 13:18 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gədəbəy RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Miskinli kənd sakini Niyazi Abdullayevin evindən 2 ədəd qızıl üzük və 2 ədəd bankomat kartı oğurlamış Tovuz rayon sakini, qonağı Anar Həsənov tutulub.
Azərbaycanda evlərdən oğurluq etmiş şəxslər tutulublar

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Azərbaycanda evlərdən oğurluq etmiş şəxslər tutulublar.

Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gədəbəy RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Miskinli kənd sakini Niyazi Abdullayevin evindən 2 ədəd qızıl üzük və 2 ədəd bankomat kartı oğurlamış Tovuz rayon sakini, qonağı Anar Həsənov tutulub.

Sentyabrın 4-də Lətifə Məmmədovanın evindən qızıl əşyalarının Xaçmaz şəhər sakini, nəvəsi Əlihüseyn Fətullayev tərəfindən oğurlanması və həmin qızıl əşyalarının həmyerlisi Allahverdi Sadıqov ilə birgə satılması müəyyən edilib. Fətullayev və Sadıqov Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən yaxalanıblar.

Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yaqut Cəfərovanın evindən 2000 manat pul, qızıl və məişət əşyaları oğurlamış Astara rayon sakini Taleh Əliyev tutulub.

Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Firdovsi Feyziyevə məxsus mağazadan 1 ədəd noutbuk və 1300 manat dəyərində parfümeriya oğurlamış şəhər sakinləri Cavid Mustafayev və Bəhlul Əliyev Əhəd oğlu tutulublar.

Sentyabrın 7-də Xaçmaz rayon sakini Ramiz Əhmədov polisə müraciət edərək, cari ilin avqust ayının 24-də Sumqayıt şəhəri ərazisində, "Toyota" markalı avtomaşınında sərnişin qismində gedən, şəhər sakini Esmira İbadovanın ona məxsus 200 manat pulu oğurlamasını bildirib.

İbadova Sumqayıt ŞPİ 3-cü PB əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər lenti

Xəbər lenti