Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda "Kamaz" markalı yük maşını yolu keçən piyadanın üstündən keçib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu görüntü "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.
Qeyd edək ki, Bakıda bu ilin 9 ayında qeydə alınan yol qəzalarının 50 faizə yaxını piyadaların vurulması ilə bağlı olub. Yanvar-sentyabr aylarında paytaxtda qeydə alınan ümumi hadisələrin 48,5 faizi (367 hadisə) piyadaların vurulması olub. Bu hadisələr zamanı 112 nəfər (47,9 faiz) ölüb, 284 nəfər (34,2 faiz) xəsarət alıb.
Video Player