Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Tağıyeva /
Türkiyənin İstanbul şəhərində Rixter cədvəli üzrə 3,8 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə cümə günü "TRT Turk" telekanalı xəbər verib.
Tələfat və dağıntı barədə hələlik heç bir məlumat verilmir.