...

Bakıda "20 Yanvar" metrostansiyasının yaxınlığında yenidən ağır yol qəzası baş verib (FOTO)

Hadisə Materials 25 Oktyabr 2012 11:06 (UTC +04:00)
Bakıda "20 Yanvar" metro stansiyasının yaxınlığında tunelin girişində ağır qəza baş verib. Qəza nəticəsində həmin ərazidə böyük tıxac yaranıb. Bu barədə Trend-in müxbiri hadisə yerindən məlumat verib.
Bakıda "20 Yanvar" metrostansiyasının yaxınlığında yenidən ağır yol qəzası baş verib (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr / Trend, müxbir E.İsmayılov /

Bakıda "20 Yanvar" metrostansiyasının yaxınlığında tunelin girişində ağır qəza baş verib, nəticədə həmin ərazidə böyük tıxac yaranıb. Bu barədə Trend-in müxbiri hadisə yerindən məlumat verib.

Hadisə zamanı "Toyota Prado" və "Volkswagen Golf" avtomobilləri toqquşub. Hadisə yerinə təcili yardım briqadaları gəlib.

Qeyd edək ki, oktyabrın 24-də axşam saatlarında Bakının Yasamal rayonunda "Mercedes", "VAZ", "Opel","Tofaş" markalı minik avtomobilləri, "Qazel", "Ford" markalı yük avtomobilləri, "Mercedes" markalı sərnişin avtobusu və "Hyundai" markalı mikroavtobus zəncirvari toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, "Mercedes" markalı sərnişin avtobusunun sürücüsünün yanmış cəsədi deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti