...

Bakıda yaşayış evində partlayış olub, xəsarət alanlar var

Hadisə Materials 30 Oktyabr 2012 12:26 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 29-da saat 22.40 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki yeni tikilmiş evlərdən birində yaşayan Bayram Məmmədovun evində təbii qazın sızmasından ani partlayış baş verib
Bakıda yaşayış evində partlayış olub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yaşayış evində partlayış olub, xəsarət alanlar var.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 29-da saat 22.40 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki yeni tikilmiş evlərdən birində yaşayan Bayram Məmmədovun evində təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə dağıntı olmayıb, yanıq xəsarətləri almış ev sahibi və qohumu 12 yaşlı Zeynəb Rəsulova xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti