Azərbaycan, Bakı, 20 noyabr /Trend/
İrandan Azərbaycana daxili orqanında narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Ağaverdi Səfərov üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 48,201 qram olan narkotik vasitə - heroin aşkar edilib.