...

Gürcüstan vətəndaşları Qazaxda yanacaqdoldurma məntəqəsinə silahlı hücum edib

Hadisə Materials 22 Noyabr 2012 11:47 (UTC +04:00)
Gürcüstan vətəndaşları Qazaxda yanacaqdoldurma məntəqəsinə silahlı hücum edib.
Gürcüstan vətəndaşları Qazaxda yanacaqdoldurma məntəqəsinə silahlı hücum edib

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Gürcüstan vətəndaşları Qazaxda yanacaqdoldurma məntəqəsinə silahlı hücum edib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, noyabrın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisindəki "Fərid" yanacaqdoldurma məntəqəsinə gəlib, maskalı 2 naməlum şəxs orada işləyən Cavanşir Bayramova tapança və avtomat silahlarla hədələyərək əl-qolunu yapışqanlı kağızla bağlayıb, oradan 4000 manat pul aparıb.

Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşları Nodar Qaruçava tutulub, Anquli Apşilava və Aleksandre Apşilava isə müəyyən ediliblər. Qaruçava Nodarın idarə etdiyi "Man" markalı avtomaşına baxış zamanı hadisə törədilərkən istifadə olunmüş 1 ədəd "AK" silahı, 1 ədəd "Revolver" markalı tapança, 1 ədəd süngü-bıçaq, 1 ədəd patron darağı, 30 ədəd avtomat və 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti