...

Bakıda gənc qadın intihar edib

Hadisə Materials 29 Noyabr 2012 09:59 (UTC +04:00)
Bakıda 25 yaşlı qadın özünü asıb.
Bakıda gənc qadın intihar edib

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda 25 yaşlı qadın özünü asıb.

Xəzər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun Şüvəlan qəsəbəsində yerləşən Şinki düşərgəsində məskunlaşmış 1987-ci il təvəllüdlü Laçın rayon sakini Qasımova Günay Sadiq qızı düşərgənin həyətindəki turnikdən özünü asıb.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti