Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir M.Əliyev/
Azərbaycanda 2013-cü ilin ilk günlərində 13 nəfər dəm qazından və qidadan zəhərlənib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, yanvarın 1-də Sumqayıt şəhər sakinləri İlqar Məlikov, Ülkər Əliyeva, Abı Fazilli, Abşeron rayon sakini Günel İsmayılova və Daşkəsən rayon sakinləri Kamandar Abdullayev, arvadı Şəkər, qızları Mədinə və Aytəkin evlərindən dəm qazı və qidadan (pomidor turşusundan) zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Yanvarın 2-də isə Nərimanov rayonu ərazisində yaşayan Xəzəngül Musayeva evində dəm qazından boğulub, Sumqayıt şəhər sakinləri Əfşan Abbasova, Rüxsarə Xuduyeva, Xırdalan şəhər sakini Sədaqət Bağırova mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara gətiriliblər.
Həmçinin, yanvarın 2-də Gəncə şəhər sakini Gülarə İbrahimova evində kimyəvi məhlul içərək zəhərlənib. Xəstəxanaya yerləşdirilmiş İbrahimovaya ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.