...

Bakıda üç sex yanıb

Hadisə Materials 19 Yanvar 2013 10:01 (UTC +04:00)
Bakıda üç sexdə yanğın baş verib.
Bakıda üç sex yanıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Bakıda üç sexdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün gecə saatlarında Suraxanı rayonunda yerləşən, ümumi sahəsi 300 kv.m olan armatur istehsalı sexinin yanar konstriksiyaları 100 kv.m sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər bir yanğın hadisəsi isə Nərimanov rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 1200 kv.m olan damın altında yerləşən, bir-biri ilə arakəsmələrlə ayrılmış ümumi sahəsi 450 kv.m olan qapı-pəncərə sexinin içərisində 30 kv.m sahədə hazır taxta məmulatları və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.

Bitişik olan digər obyektlər yanğından mühafizə olunub. Yanğın saat 02:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Növbəti yanğın da Nərimanov rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 320 kv.m olan ikimərtəbəli (hər mərtəbəsi 160 kv.m olan) qapı-pəncərə sexinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları, içərisindəki taxta məmulatlar 140 kv.m sahədə yanıb, yüksək temperaturdan binanın dəmir konstruksiyalardan ibarət dam örtüyü deformasiyaya uğrayıb.

Birinci mərtəbə və bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti