Azərbaycan, Bakı, 31 yanvar /Trend/
Azərbaycanda zavodda 4 nəfər dağılmış binanın altında qalıb.
Trend EL TV-yə istinadən məlumat verir ki, bu gün saat 15:30-da Mingəçevirdə 4 nəfər uçmuş binanın altında qalıb. Faciəvi hadisə H.Əliyev prospektində yerləşən "Azərkabel" zavodunda baş verib. Belə ki, xavodun həyətində 1959-cu ildə tikilmiş yardımçı binanın sökülməsi zamanı gözlənilmədən binanın bir hissəsi yatıb.
Söküntü işlərini aparan fəhlələrdən 4 nəfəri dağıntının altında qalıb. Onlar dərhal Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıblar.
Hazırda xəsarət alanlardan 1-i əməliyyat olunur, 1 nəfər reanimasiya şöbəsindədir. Digər iki nəfər isə palataya yerləşdirilib.
Hadisə yerində araşdırma aparılır.