...

Bağdadda partlayışlar: 35 ölü, 130-dan artıq yaralı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 17 Fevral 2013 13:43 (UTC +04:00)
Bağdadda partlayışlar baş verib. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, İraqın paytaxtında bazar və ticarət meydanlarında baş vermiş partlayışlar nəticəsində ən azı 23 nəfər ölüb, 70-dən artıq adam isə yaralanıb.
Bağdadda partlayışlar: 35 ölü, 130-dan artıq yaralı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Bağdadda partlayışlar baş verib. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, İraqın paytaxtında bazar və ticarət meydanlarında baş vermiş partlayışlar nəticəsində ən azı 23 nəfər ölüb, 70-dən artıq adam isə yaralanıb.

Partlayıcı qurğulardan biri rayonun ən çox şiələr yaşayan bölgəsindəki açıq ticarət meydanında saxlanılmış maşında gizlədilib. Neçə partlayışın baş verməsi haqqında məlumat verilməsə də, həlak olanların çoxu məhz şiələr olub. Lakin hələ hə İraqdakı silahlı qruplaşmalardan heç biri partlayışla bağlı məsuliyyəti boynuna götürməyib.

Verilən son məlumatlara görə, baş vermiş silsilə partlayışlar nəticəsində 35 nəfərin öldüyü, 130-dan çox insanın yaralandığı bəlli olub.

İraqın hüquq-mühafizə orqanlarından verilən məlumatda isə bildirilir ki, yaralıların çoxu ağır vəziyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti