...

Bakıda Dövlət Neft Akademiyasının yataqxanasında yanğın olub

Hadisə Materials 20 Fevral 2013 09:28 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanasında yanğın baş verib.
Bakıda Dövlət Neft Akademiyasının yataqxanasında yanğın olub

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanasında yanğın baş verib.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda Azərbaycan Dövlət Neft Akademiyasının hündürmərtəbəli yataqxanasında yanğın baş verib. Belə ki, səhər sübh çağı yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 16 kv.m olan 1 otağın yanar konstruksiyaları yanıb.

Qonşu otaqlar yanğından mühafizə olunub.

Yanğın saat 07:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti