...

Yanğın zamanı 2 azyaşlı tüstüdən zəhərlənib

Hadisə Materials 22 Mart 2013 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 mart /Trend/

Yanğın zamanı 2 azyaşlı tüstüdən zəhərlənib. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Məlumatda deyilir ki, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı 2 azyaşlı tüstüdən zəhərlənib və Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıblar.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın saat 18:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti