...

İki yük avtomobili toqquşub, bir nəfər ölüb, biri isə yaralanıb (FOTO)

Hadisə Materials 28 Mart 2013 04:08 (UTC +04:00)
İki yük avtomobili toqquşub, bir nəfər ölüb, biri isə yaralanıb. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
İki yük avtomobili toqquşub, bir nəfər ölüb, biri isə yaralanıb (FOTO)

Azərbaycan, Bakı, 28 mart /Trend/

İki yük avtomobili toqquşub, bir nəfər ölüb, biri isə yaralanıb. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Bakı-Qazax yolunun 344-cü km-də "KAMAZ" markalı 25-BE-386 dövlət nömrə nişanlı və "KAMAZ" markalı 25-BE-160 dövlət nömrə nişanlı iki yük avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki "KAMAZ" markalı 25-BE-386 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, həmçinin, digər "KAMAZ" markalı 25-BE-160 dövlət nömrə nişanlı avtomobilin sürücüsü və avtomobildə olan iki sərnişindən biri xəsarət almış digər sərnişin 1992-ci il təvəllüdlü Hüseynov Bəxtiyar Zaman oğlu isə vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış yaralıları, eyni zamanda adı çəkilən şəxsin cəsədini çıxarıb, aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 00:10-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti