...

İranda sel infrastruktura ziyan vurub

Hadisə Materials 8 Aprel 2013 14:19 (UTC +04:00)
İranın Kirman əyalətində güclü yağışlar və sel bir neçə şəhərdə o cümlədən Rudbar, İranşəhr, Ravər şəhərlərində infrastruktura ziyan vurub.
İranda sel infrastruktura ziyan vurub

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir T.Cəfərov/

İranın Kirman əyalətində güclü yağışlar və sel bir neçə şəhərdə o cümlədən Rudbar, İranşəhr, Ravər şəhərlərində infrastruktura ziyan vurub. Trend-in məlumatına görə, bu barədə İranın İLNA xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, güclü yağışlar nəticəsində yaranan sel infrastruktura, yollara, evlərə və əkin sahələrinə ciddi ziyan vurub, bəzi yerlərdə qaz və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Hazırda seldən ziyan görmüş bölgələrdə xilasetmə əməliyyatları davam etdirilir. Ölən və yaralananlar haqda hələlik məlumat yoxdur.

Məlumata əsasən, həmçinin Kirman əyalətinin bəzi bölgələrinə qar yağıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti