...

Yeri güclü Günəş qasırğası bürüyəcək

Hadisə Materials 13 Aprel 2013 12:36 (UTC +04:00)
Bu gün Yeri güclü Günəş qasırğası bürüyəcək. Trend-in şənbə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, qasırğa elektron avadanlıqların işinə və insanların əhvalına mənfi təsir edəcək.
Yeri güclü Günəş qasırğası bürüyəcək

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Bu gün Yeri güclü Günəş qasırğası bürüyəcək. Trend-in verdiyi məlumata görə, qasırğa elektron avadanlıqların işinə və insanların əhvalına mənfi təsir edəcək.

BBC-nin canlı efirində çıxış edən İngiltərənin Ridinq şəhər universitetinin professoru Kris Debi deyib ki, qasırğanın pik saatı bu gün axşam saatlarına təsadüf edəcək.

Bununla belə, planetimiz Günəş küləyinin daha güclü şiddətini şənbə günü gecə yarısından bazar günü saat 03:00-dək hiss edəcək.

Debinin sözlərinə görə, Avropanın şimal rayonlarında Şimal şəfəqi yaxşı görünəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti