...

Rusiyadan gələn avtomaşından silah-sursat çıxdı

Hadisə Materials 16 Aprel 2013 16:18 (UTC +04:00)
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Gülağa Cəfərovun idarə etdiyi “Ford Tranzit” markalı avtomaşına gömrük baxışı keçirilib.
Rusiyadan gələn avtomaşından silah-sursat çıxdı

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Rusiyadan gələn avtomaşından silah-sursat çıxdı.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsi "Samur" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Gülağa Cəfərovun idarə etdiyi "Ford Tranzit" markalı avtomaşına gömrük baxışı keçirilib.

Bu zaman avtomaşının salonunun arxa hissəsindəki sağ və sol örtüklərin arxasından və salondakı iki ədəd ehtiyat təkərin içərisindən hər biri 250 qram olmaqla 100 qutu "Sokol" markalı barıt, hər qutuda 25 ədəd olmaqla 16 qutu 12/70 kalibrli istifadə olunmamış boş gilizlər, hər qutuda 25 ədəd olmaqla 16 qutu 16/70 kalibrli istifadə olunmamış boş gilizlər, 150 ədəd 16 kalibrli, 30 ədəd 12 kalibrli istifadə olunmuş boş gilizlər, bir qutu piston, bir ədəd "İJ-18" modelli 174689 nömrəli tüfəng, bir ədəd çaxmaq, 2 kq qırma və 50 ədəd 5,6 mm kalibrlik güllə aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti