...

Ağdaşda avtomobilin işıq dirəyinə çırpılması nəticəsində sərnişin ölüb

Hadisə Materials 25 Aprel 2013 12:49 (UTC +04:00)
Ağdaş rayonu ərazisində sürücü avtomaşını işıq dirəyinə vurub, bir nəfər ölüb.
Ağdaşda avtomobilin işıq dirəyinə çırpılması nəticəsində sərnişin ölüb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İ.İzzət/

Ağdaş rayonu ərazisində sürücü avtomaşını işıq dirəyinə vurub, bir nəfər ölüb.

Trend Daxili İşlər Nazirlyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, aprelin 25-də saat 02.00 radələrində Ağdaş rayonu ərazisində rayon sakini Anar Bayramov idarə etdiyi "QAZ-3110" markalı avtomaşını yolun kənarındakı işıq dirəyinə vurub.

Nəticədə Bayramovun xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişini, Şəkili kənd sakini Elvin Əzizov orada ölüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti