Azərbaycan, Bakı, 6 may /Trend/
Madriddə aviaşou zamanı 1 nəfər ölüb, 18 nəfər isə yaralanıb. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, avia qəzada 34 yaşlı pilot həlak olub.
Məlumatda deyilir ki, 3 polis əməkdaşı, 5 aerodrom işçisi və 10 qonaq həkimlərin yardımına ehtiyac duyub.
Qeyd edək ki, ötən əsrin 50-ci illərində hazırlanmış təyyarə ətrafında 3 000 nəfərin toplaşdığı anqara çırpılıb.
Qəzadan sonra Madriddən 8 kilometr aralıda yerləşən aeroport müvəqqəti olaraq, bağlanıb.