...

Türkiyədə terror aktının qarşısı alınıb

Hadisə Materials 13 May 2013 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə Ankara-Mersin avtomobil magistralında 25 kiloqram partlayıcı maddə aşkarlanıb. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Partlayıcı maddə yaxınlıqdan keçən yük avtomobilinin sürücüsü tərəfindən aşkarlanıb. Partlayıcı maddə qablaşdırılaraq yolun kənarına qoyulub.

Əgər partlayıcı maddə aşkarlanmasaydı, partlayış xeyli sayda insanın ölümünə və ya böyük zərərə gətirib çıxara bilərdi. Partlayıcı maddənin aşkarlandığı yerə araşdırmaq aparmaq məqsədilə Türkiyə təhlükəsizlik qüvvələrinin xüsusi dəstəsi göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti