Azərbaycan, Bakı, 22 may /Trend/
Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Məlumatda deyilir ki, Göyçay rayonu Ləkçılpaq kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 194 kv.m olan birmərtəbəli 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 16:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həmçinin, Sumqayıt şəhərində Şırkətə məxsus vətəndaş tərəfindən idarə olunan "Supermaz" markalı yük avtomobilinin kabina hissəsi yanıb.
Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.