...

İran Prezidenti Mahmud Əhmədinejadı daşıyan helokopterdə texniki nasazlıq yaranıb

Hadisə Materials 2 İyun 2013 11:48 (UTC +04:00)
Bu gün səhər İran prezidenti Mahmud Əhmədinejad Alborz dağlarında yenicə tikilmiş tunelin açılış mərasimində iştirak etmək üçün vertolyotla ora gedərkən hadisə baş verib.
İran Prezidenti Mahmud Əhmədinejadı daşıyan helokopterdə texniki nasazlıq yaranıb

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İran Prezidenti Mahmud Əhmədinejad Alborz dağlarında yenicə tikilmiş tunelin açılış mərasimində iştirak etmək üçün helikopterlə ora gedərkən hadisə baş verib.

Trend-in FARS agentliyinə istinadən verdiyi məlumatda deyilir ki, prezidenti daşıyan helikopterdə texniki nasazlıq yaranıb.

Məlumata əsasən, helikopterdə Prezident Əhmədinejadla bərabər bir neçə nazir və Parlament nümayəndələri də olub.

Pilot məharətlə vertolyotu endirə bilib, hadisə nəticəsində xəsarət alan olmayıb.

Prezident Əhmədinejad və onu müşayiət edən nümayəndə heyəti Tehrana avtomobillə qayıtmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, məlumatda helikopterin nasazlığının səbəbləri göstərilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti