...

İllinoys ştatında kimya zavodunda yanğın olub, sakinlər təxliyyə edilir

Hadisə Materials 3 İyun 2013 06:30 (UTC +04:00)
ABŞ-ın İllinoys ştatının Syuard şəhərində kimya zavodunda yanğın baş verib, zavoddan 3 km radiusda yaşayan sakinlər təxliyyə olunur.
İllinoys ştatında kimya zavodunda yanğın olub, sakinlər təxliyyə edilir

Azərbaycan, Bakı, 3 iyun /Trend/

ABŞ-ın İllinoys ştatının Syuard şəhərində kimya zavodunda yanğın baş verib, zavoddan 3 km radiusda yaşayan sakinlər təxliyyə olunur. Trend-in məlumatına görə, bu barədə "Assoşieyted Press" agentliyi xəbər verir.

Məlumata görə, "Nova-Kem" zavodunda partlayış olub. Yerli polis bir nəfərin xəsarət aldığını və xəstəxanaya çatdırıldığını bildirir.

Yanğınsöndürənlər yanğının qarşısını almağa çalışırlar.

Hadisənin digər təfərrüatları hələ ki məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti