...

Əfqanıstan Parlamentinin üzvü İranda yol qəzasında həlak olub

Hadisə Materials 3 İyun 2013 15:54 (UTC +04:00)
Əfqanıstan Parlamentinin Herat şəhərindən olan üzvü xanım Şahnaz Himməti İranda avtomobil qəzasında həlak olub.
Əfqanıstan Parlamentinin üzvü İranda yol qəzasında həlak olub

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir T.Cəfərov/

Əfqanıstan Parlamentinin Herat şəhərindən olan üzvü xanım Şahnaz Himməti İranda avtomobil qəzasında həlak olub. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, hadisə İranın şimal bölgəsində (Xəzər dənizi ətrafında) baş verib. Hadisə nəticəsində xanım Himmətinin həyat yoldaşı isə ağır yaralanıb.

Əfqanıstanın "Avapress" agentliyinin məlumatına görə, hadisə baş verən zamanı Himmətinin əri ilə yanaşı, daha 2 nəfər də xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti