...

Bakı-Şamaxı yolunda ağır qəza baş verib, ölənlərin sayı 4 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 12 İyun 2013 17:10 (UTC +04:00)
Bakı-Şamaxı yolunun 36-cı kilometrliyində ağır yol qəzası qeydə alınıb.
Bakı-Şamaxı yolunda ağır qəza baş verib, ölənlərin sayı 4 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 16:19-da yayılıb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Bakı-Şamaxı yolunun 36-cı kilometrliyində ağır yol qəzası qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trend-ə verilən məlumata görə, "10-SF-616" dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobil "90-JF-298" dövlət nömrə nişanlı "HOVA" markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.

Hazırda BDYPİ-nin müstənqiti hadisə yerindədir. Hələlik ölən və xəsarət alan şəxslərin adlarını dəqiqləşdirmək mümkün olmayıb.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırmalar aparılır.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, tibb işçiləri hadisə yerinə çatanda 3 nəfər ölmüş vəziyyətdə aşkarlanıb. Ağır vəziyyətdə olan sərnişinlərdən biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Beləliklə də yol qəzasında ölənlərin sayı 4 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti